image

“Qadın Sağlamlığının Qorunması: Multidissiplinar yanaşmalar” elmi-praktiki konfransı

Qadın və reproduktiv sağlamlıq sahəsində müasir yanaşmaların müzakirəsi, profilaktik tədbirlərin gücləndirilməsi və müxtəlif tibbi istiqamətlər üzrə kompleks yanaşmaların tətbiqi məqsədilə “Qadın Sağlamlığının Qorunması: Multidissiplinar yanaşmalar” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir.

Tədbir çərçivəsində reproduktiv sağlamlıq, irsi xəstəliklərin qadın sağlamlığına təsiri, onkoloji xəstəliklərin erkən diaqnostikası, hormonal balansın qorunması, menstrual sağlamlıq, eləcə də süd vəzi xəstəlikləri və ana-uşaq sağlamlığı kimi aktual mövzular yerli mütəxəssislərin iştirakı ilə müzakirə olunacaqdır. Bununla yanaşı, qidalanma, həyat tərzi və innovativ texnologiyaların qadın sağlamlığına təsiri də geniş şəkildə təqdim ediləcəkdir.

Konfrans, həkimlər və tibb mütəxəssisləri arasında bilik və təcrübə mübadiləsinin aparılması, multidissiplinar əməkdaşlığın inkişaf etdirilməsi və müasir tibbi yanaşmaların praktikaya inteqrasiyası baxımından mühüm platforma rolunu oynayacaqdır.

Bu elmi tədbir mütəxəssislərin peşəkar inkişafına, qadın sağlamlığının qorunması istiqamətində maarifləndirmənin artırılmasına və nəticə etibarilə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə verməyi hədəfləyir.

Tədbirin detalları:

📅 Tarix: 25 aprel 2026

📍 Məkan: Bakı Medikal Plaza, Babək filialı

🏢 Təşkilatçı: Bakı Dövlət Universiteti və “Qadın Sağlamlığına Dəstək” İctimai Birliyi

🤝 Tərəfdaşlar: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və digər tərəfdaş qurumlar

Qeydiyyat və ətraflı məlumat üçün əlaqə:

📞 +994 55 255 93 36