XXI Əsrin Genomik Tibbi: Reproduktiv Sağlamlıqdan Neyrogenetikaya” elmi-praktiki konfransı keçirildi.
"XXI Əsrin Genomik Tibbi: Reproduktiv Sağlamlıqdan Neyrogenetikaya” mövzusunda elmi-praktiki konfrans uğurla keçirilmişdir.
Qadın və reproduktiv sağlamlıq sahəsində mühüm əhəmiyyət daşıyan bu tədbirin əsas məqsədi genomik tibbin müasir imkanlarının müzakirəsi, qabaqcıl elmi yanaşmaların paylaşılması və innovativ həllərin klinik praktikaya tətbiqinin təşviq edilməsi olmuşdur.
Konfransda “Qadın Sağlamlığına Dəstək” İctimai Birliyinin sədri Xəyalə Təhməzi moderator qismində çıxış edərək, elmi müzakirələrin effektiv təşkili və mütəxəssislər arasında fikir mübadiləsinin aparılmasına töhfə vermişdir. Tədbir çərçivəsində reproduktiv sağlamlıqda genetik faktorların rolu, prenatal diaqnostika, neyrogenetika və fərdiləşdirilmiş tibbi yanaşmalar üzrə geniş təqdimatlar dinlənilmişdir.
Tədbir zamanı müxtəlif tibb müəssisələrini təmsil edən mütəxəssislər arasında peşəkar fikir mübadiləsi aparılmış, aktual tibbi problemlər müzakirə olunmuş və gələcək əməkdaşlıq imkanları dəyərləndirilmişdir.
Bu kimi elmi platformalar mütəxəssislərin bilik və bacarıqlarının inkişafına, müasir tibbi yeniliklərin praktikaya inteqrasiyasına və nəticə etibarilə qadın sağlamlığının daha effektiv qorunmasına mühüm töhfə verir.
“Qadın Sağlamlığına Dəstək” İctimai Birliyi olaraq inanırıq ki, elmin və innovasiyaların inkişafı ilə pasiyentlərə göstərilən tibbi xidmətlərin keyfiyyəti daha da yüksələcək və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.