“XXI Əsrin Genomik Tibbi: Reproduktiv Sağlamlıqdan Neyrogenetikaya” elmi-praktiki konfransı
Qadın və reproduktiv sağlamlıq sahəsində müasir yanaşmaların müzakirəsi, genomik tibbin imkanlarının genişləndirilməsi və innovativ elmi nəticələrin praktikaya tətbiqi məqsədilə “XXI Əsrin Genomik Tibbi: Reproduktiv Sağlamlıqdan Neyrogenetikaya” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir.
Tədbir çərçivəsində genomika sahəsində son nailiyyətlər, reproduktiv tibbdə genetik faktorların rolu, prenatal diaqnostika, neyrogenetika və fərdiləşdirilmiş müalicə yanaşmaları üzrə aktual mövzular yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə müzakirə olunacaqdır. Konfrans, həmçinin tibb mütəxəssisləri arasında təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının yaradılması üçün mühüm platforma rolunu oynayacaqdır.
Bu elmi tədbir həkimlərin bilik və bacarıqlarının inkişafına, müasir tibbi texnologiyaların tətbiqinə və nəticə etibarilə pasiyentlərə göstərilən xidmət keyfiyyətinin daha da yüksəldilməsinə töhfə verməyi hədəfləyir.
Tədbirin detalları:
📅 Tarix: 18 aprel 2026
📍 Məkan: Holiday Inn Baku
🏢 Təşkilatçı: Genom Clinic
🤝 Tərəfdaşlar: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və “Qadın Sağlamlığına Dəstək” İctimai Birliyi
Qeydiyyat və ətraflı məlumat üçün əlaqə:
📞 +99455 677 26 29
📞 +99499 877 26 29
“Qadın Sağlamlığına Dəstək” İctimai Birliyi olaraq, bu kimi elmi təşəbbüsləri dəstəkləyir və mütəxəssisləri tədbirdə fəal iştirak etməyə dəvət edirik.