Ginekologiyada Diaqnostikadan Cərrahiyyəyə yeni baxışlar
Dəyərli həkimlər!
Sizi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi ilə, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Qadın Sağlamlığına Dəstək İctimai Birliyi, Ginekologiya və Perinatologiyanın inkişafına Dəstək Assosiasiyası, Avropa–Asiya Mamalıq və Ginekologiya Assosiasiyası təşkilatçılığı ilə keçiriləcək
🎗 “Ginekologiyada diaqnostikadan cərrahiyyəyə yeni baxışlar” mövzusunda elmi-praktik konfransda iştirak etməyə dəvət edirik.
Konfransın əsas mövzuları:
🟢 Ginekoloji cərrahiyyədə müasir yanaşmalar və innovativ texnikalar
🟢Uşaqlıq qanamaları, mioma və endometriozun cərrahi müalicəsi
🟢 Reproduktiv sağlamlıqda endoskopik metodlar (histeroskopiya, kolposkopiya)
🟢 Postoperativ ağırlaşmalar və uro-ginekoloji problemlərin həlli yolları
Bu konfransda mamalıq və ginekologiyada ixtisaslaşmış həkimlər, ginekoloq-cərrahlar, onkoginekoloqlar, USM və radiologiya mütəxəssisləri iştirak edə bilərlər.
🗓 Tarix: 8 aprel 2026
📍 Məkan: Fairmont Baku Flame Towers
Konfransın rəsmi agentliyi: Konora Events
📞 Qeydiyyat və əlavə məlumat üçün:
+994 55 677 26 29
+994 99 777 26 29
📧 konoraevents@gmail.com